Zərvanilik, məzdəkilik, maniçilik dini-fəlsəfı ideyalar

Zərdüştlik dünyagörüşü ilə yanaşı, qədim Azərbaycanda bir sıra dini-fəlsəfı cərəyanlar inkişaf etmişdir. Məsələn, Sasani dövründə zərvanilik geniş yayılmışdı. Zərdüşllüyün dualist sistemindən fərqli olaraq zərvanilik monist ideyaları inkişaf etməyə başladı. Həmin baxışların birində əgər ilkin başlanğıc məkan hesab olunurdusa, ikincisidə Zamar (zarvan) hesab olunurdu. Zərvanistlər sonsuz zamanı başlanğıc kimi götürməklə bu ilk başlanğıcı şəxsləndirərək onu ilahi varlıq kimi qəbul edirdilər. Zərvaniliyə görə, işıq və qaranlıq kimi iki zidd mahiyyətlə yanaşı, dünyada bütün mövcudatın əsası olan zərvan (zaman) adlanan vahid ilk başlanğıc da vardır. Zərvanistlər içərisində materialist və ateist fikirlilər olmuşdur ki, zərdüşlər həmin adamları tənqid atəşinə tutmuşlar.
İslama qədərki dini-fəlsəfı cərəyanlardan manilik və məzdəkilik də Yaxın və Orta Şərq xalqlarının mə'nəvi həyatında mühüm rol oynamışdır. Zərdüştilik, xristianlıq və buddizmin ayrı-ayrı ünsürlərini eklektik surətdə özündə toplayan manilik təlimi III əsrdə İranda və Orta Asiya ölkələrində yayılmışdır, onun banisi Mani (216-276) olmuşdur. Yaxın Şərqdə həkim, rəssam, fılosof və mühəndis kimi böyük şöhrət tapan Mani zərdüştlük kahinlərinin fıtfası ilə edam edilmişdir. Öz dinini 40 il təbliğ edən Mani xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, "aləmin iki başlanğıcı vardır: onlardan biri işıq, digəri qaranlıqdır". Sonralar İbn Həzm (994-1064) yazırdı ki, manilikdə "zövq qaranlığa deyil, işığa; əziyyət isə işığa deyil, qaranlığa xasdır". Mani deyirdi: yalnız zühr ilə işığı qaranlıqdan xilas etmək və bununla da qaranlığa qalib gəlmək olar. Maniliyin əsasında dualizm prinsipi -"Nur" və "Zülmət" başlanğıclarının mübarizəsi durur. Bu dünyada Nur və Zülmət ünsürləri bir-birinə qarışmışdır. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində yer tapmış "Nur" ünsürlərini çismaninin hakimiyyətindən azad etməkdir. Maniyə görə, allah dünyada şəri yaratmaınışdır, deməli, dünyanı da o yaratmamışdır, çünki dünya (materiya) şərdir. Deməli, materiya Allahdan asılı olmayaraq mövcuddur, insan isə "materiya ilə yüksəkdə duran nurun qarışığıdır". Nurun hissəciklərinin azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür.
Əvvəllər hələ maniliyin təhlükəsini başa düşməyən və öz qüdrətinə dayaq ola bilən möhkəm zərdüşt kilsəsi yaratmayan Sasanilər nəinki maniliyə mane olmamış, hətta onu müdafıə etmişlər. Lakin manilik feodal istismarına qarşı kəndlilərin və yoxsul şəhər əhalisinin e'tirazını, mübarizəsini ifadə edən tə'lim olduğu üçün Manini tutub e'dam etmişlər. Manilik tə'limi xeyli müddət yaşamış və V əsrin sonunda məzdəkilərin mühüm ideya mənbəyinə çevrilmişdir.
Məzdək maniliyin radikal və demokratik istiqamətinin tərəfdarı olmuşdur. Sasani hökmdarı I Qubadın zamanında Məzdək və onun tərəfdarları yüksək dövlət vəzifələri tutmuş, özü isə İranın baş kahini olmuşdur. Məzdəkilər xüsusi mülkiyyəti ləğv etməyə çalışmasalar da, var-dövləti adamlar arasında bərabər bölməyi təbliğ edirdilər. İctimai ədaləti qəbilə-tayta quruluşuna qayıtmaq yolu ilə bərqarar etmək istəyirdilər.
Məzdəkilər dini, fəlsəfi və sosial təlim olub, qədim zərdüştlik prinsiplərinə (oda sitayiş və s.) əsaslansalar da, kahinlər və əyanlara qarşı çevrilmiş xalq hərəkatının ideologiyası olmuşdur. Lakin onların əxlaq təlimində qəbuledilməz cəhətlər çoxdur (atanın qızı, bacının qardaşı ilə evlənməsi və s.).
Məzdəküik sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. Manilikdəki dualizm məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də manilıkdə mövcud olan dualizmi, İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Manilikdən fərqli olaraq məzdəkilik lə'limi hesab edirdi ki, İşıq (Xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur, Qaranlıq (Şər) səltənətini hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər üzərində qələbəsi uzaq gələcəkdə deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək tə'limində insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" çağıran sosial-etik görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı. Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir.
Məzdəkilik Xürrəmilik təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda xürrəm sözünü üç cür izah edirlər.
1. Xürrəm- Ərdəbil yaxmlığmda yer adıdır;
2. Xürrəm- şad, kefcil deməkdir;
3. Xürrəmə- Məzdəkin qadmı və təbliğatçısı.
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayılmışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını atəş sözünə istinadən izah etmək təklifıni irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsıziıqla əlaqələndirmələri, şübhəsiz, onlann elmi və siyasi cəhətdən dar düşüncəli olmaları ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində qəhrəmancasma azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı keçirən adamlar kimi vermək olmaz.
Xürrəm sözü, heç şübhəsİ7,, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı fılosoflar onu «Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya prosesində İşıqlar işığından çıxan ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz Xürrəmin sayəsində vücııda gəlmiş seıyılır. Bəlkə elə buna görədir ki, Xürrəmilər işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər.
Atəşpərəstliyin (məcusiliyin) bir e!tiqad kimi Azərbaycanda tədricən sıxışdınlmasına baxmayaraq onun ayrı-ayrı prinsip və ünsürləri uzun zaman yaşayaraq adət və mərasimlərlə çulğalaşmışdır.



Yorumlar

Popüler Yayınlar