Zebra

Zebr (lat. Hippotigris) — Atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebra), Səhra zebri(Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır.
İlk əvvəl zebrlər bütün Afrikada yayılmışdılar. Simali Afrikada hələ qədimdən onlar insanlar tərəfindən qırılmışlar.
Bu gün düzənlik zerblərinə daha çox Sudan, Həbəşistan, Şərqi Afrika savannalarında materikin cənubuna qədər olan ərazilərdə rast gəlinir.
Səhra zebrləri isə Şərqi Afrika, Keniyada, Həbəşistan və Somalinin quru savannalarında rast gəlinir.
Dağ zebrləri daha çox yayılmış növdür. O Namibiya və CAR-ın dağlarında bəzən 2000 m-ə qədər yüksəkliklərə qədər hissələrində yayılmışdır.

Yorumlar

Popüler Yayınlar