Zərdüştilik və onun müqəddəs kitabı Avesta
Qədim
Azərbaycanda dini-fəlsəfi fikirlər hələ eramızdan əvvəl VII əsrdə zərdüştilikdə
mövcud olmuşdur. Zərdüştliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir sıra Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla tanışhq Zərdüştün azərbaycanlı olmasında
şübhə yeri qoymur. Zərdüştün (Zoroastr, Zoroad, Zarad, Zaradaşt) vətənindən söhbət gedərkən
Orta Əsr müəllifləri, o cümlədən Əhməd Bəlazuri (IX əsr), Əbu-reyhan Biruni (XI əsr) onun
"Azərbaycandan çıxdığını" söyləmişlər. Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən
olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim Urmiya haqqmda danışarkən oranı
"məcusilərin peyğəmbəri Zərdüştün şəhəri" adlandırmışdır. Qütbəddin Şirazi (1236-1311) onu
"Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani" deyə yad etmişdir.
mövcud olmuşdur. Zərdüştliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir sıra Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla tanışhq Zərdüştün azərbaycanlı olmasında
şübhə yeri qoymur. Zərdüştün (Zoroastr, Zoroad, Zarad, Zaradaşt) vətənindən söhbət gedərkən
Orta Əsr müəllifləri, o cümlədən Əhməd Bəlazuri (IX əsr), Əbu-reyhan Biruni (XI əsr) onun
"Azərbaycandan çıxdığını" söyləmişlər. Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən
olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim Urmiya haqqmda danışarkən oranı
"məcusilərin peyğəmbəri Zərdüştün şəhəri" adlandırmışdır. Qütbəddin Şirazi (1236-1311) onu
"Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani" deyə yad etmişdir.
Tədqiqatçılar
zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə yarandığını
təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq olar:
l.Kainatın
nizamı, dünya mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi
mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı Hürmüz (Ahura-Məzda) və şər,
qaranlıq allahı isə Əhriman (Ahura-Manyu) hesab olunur. Onlarm arasında
əbədi mübarizə gedir, insanlar onlar arasında mövqe seçməkdə azaddırlar. Bu
əbədi mübarizə varlığın mahiyyətini təşkil edir. Deməli, «Əksliklərin vəhdəti
və mübarizəsinin inkişafin mənbəyi olması haqqında dialektik qanunauyğunluq
hələ «Avesta»da ozünəməxsus şəkildə ifadə olunmuşdur.
2. Zərdüştilik,
nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzərinclə qələbəsinə inam
və etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır, lakin insanlar fəaliyyətsiz halda durub
bu qələbəni gözləməməli, özləri şərlə mübarizəyə qoşulub bu qələbəni daha da
yaxınlaşdırmalıdırlar. Azad iradəyə malik olan insanlar, şəxsiyyətlər öz fəallıqları ilə dünyada
ədalətin, xeyrin qələbəsinin təmin edilməsinə kömək göstərməlidirlər.
və etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır, lakin insanlar fəaliyyətsiz halda durub
bu qələbəni gözləməməli, özləri şərlə mübarizəyə qoşulub bu qələbəni daha da
yaxınlaşdırmalıdırlar. Azad iradəyə malik olan insanlar, şəxsiyyətlər öz fəallıqları ilə dünyada
ədalətin, xeyrin qələbəsinin təmin edilməsinə kömək göstərməlidirlər.
3. «Avesta»da
köçəri heyat tərzi pislənir, ona dünyada şərin təzahürü kimi baxılır, oturaq
həyat əkinçilik isə təriflənir, ona xeyrin, ədalətin təzahürü kımi baxılır. Bununla da
köçəri tayfaların hücumlarma etiraz bildirilir.
həyat əkinçilik isə təriflənir, ona xeyrin, ədalətin təzahürü kımi baxılır. Bununla da
köçəri tayfaların hücumlarma etiraz bildirilir.
4. Zərdüştliyin
ictimai-tarixi görüşləri ziddiyyətli, mifık səciyyə daşıyır. Zərdüştə görə
dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir yə şər qüvvələrin hökmranlığı
bir-birini əvəz edəcəkdir. 3 min il Hürmüz ardıcıllıqlarının «qızıl əsri» olacaq, sonra isə
onu Əhriman və şər qüvvələvin hökmrarılığı əvəz edəcəkdir. Lakin şər müvəqqətıdir,
onun ardıcılhqları axirətdə hər cür əzab-əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır
cəza alacaqlar. Xeyrin - Hürmüzün təratdarları isə axirət xoşbəxtliyinə yetışəcəkdir.
dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir yə şər qüvvələrin hökmranlığı
bir-birini əvəz edəcəkdir. 3 min il Hürmüz ardıcıllıqlarının «qızıl əsri» olacaq, sonra isə
onu Əhriman və şər qüvvələvin hökmrarılığı əvəz edəcəkdir. Lakin şər müvəqqətıdir,
onun ardıcılhqları axirətdə hər cür əzab-əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır
cəza alacaqlar. Xeyrin - Hürmüzün təratdarları isə axirət xoşbəxtliyinə yetışəcəkdir.
5. Zərdüştliyin dünyagörüşü
dualist səciyyə daşıyırdı. Həm maddi, həm də ideal olan başlanğıclar xeyir və
şər keyfiyyətlərə malik olmaqla iki hissəni vəhdətdə ifadə edirlər. Ayinçilik
praktikasında fetişizm, animizm, totemizm ibtidai dini ənənələrini də ifadə
edən, kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət olmasına inadla bağlı
ritual və mərasimlər geniş yer tutmuşdur. «Avesta»nın animistik təsəvvürlərinə
görə bütün təbiət canlana bilər, ruh təkcə insana və heyvana məxsus deyildir,
bütün başqa cisim və əşyalarda da ruh mövcuddur. Ruh həmin cisimlərdən kənarda
da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili qüvvədir ki, onun
vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir,
mövcud olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da «Avesta»da öz
əksini tapmışdır. Ruh insanın şüurlu fəaliyyətini - duyğu, təfəkkür, nitq,
iradə və s. tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü
olmuşdur. Bütün zərdüşt mənbələrində maşəl yanmışdır, odla bağlı rituallar icra
edilmiş, ona qurban kəsilmiş, pərəstiş olunmuşdur. Elə bunun nəticəsidir ki,
ona bəzən atəşpərəstlik də deyilmışdir.
7. Zərdüştliyin manəvi-əxlaqi idealı da xeyiriə,
ədalətlə sıx bağlı olmuşdur. «Avesta»da zərdüştliyin idealı üç prinsiplə ifadə
olunmuşdur: insan özünün bütün fəaliyyətini «xeyir fıkir, xeyir söz və xeyir
iş"in vəhdəti əsasında qurmalıdır. Deməli, o, yaxşı, xeyirxah
fikirləşməli, həmişə yaxşı, xeyrli danışmalı və faydalı, gözəl işlər görməli, həmişə
şəri rədd etməlidir. Bu üç tələb Zərdüştliyin əxlagi, saflaşdırıcı
prinsipləridir. Zərdüştə görə insan həmişə mülayim, adil, xeyirxah olmalıdır.
O, qəddar paxıl, yalançı olmamalıdır. Zərdüşütlikdə yalançı ilə düşmən, şər
eyni mənalı anlayışlar kimi işlədilir.
8.«Avesta»nın
cəmiyyətə, dövtət idarəçiliyinə baxışlarında qəbilə-tayfa münasibətlərinin
demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da, «Avesta»nın sonrakı tərtibatlarında monarxiya
üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur. Hakimiyyətin,
əmlakın, şan-şöhrətin insana Allahdan
yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər
etmişdir: «Mən o şəxsəm ki pak bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin
olunmuşam, Ahura-Məzdamn (Hürmüzün) yaxşı əməl üçün verəcəyi mükafatdan
xəbərdaram. Ta nə qədər güc və dözümüm vardır, doğru yola getməyi insanlara
öyrədəcəyəm», «Doğruluq atası Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək
üçün, bu müqəddəs ağıl ugrunda istər dildəki danışıq və pak xeyal ilə bağlı
sözlərlə, istərsə də qolların görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən
yaxşı əməlləri yerinə yetirəsən», «Aləmi-təsəvvürdə ilk özünü göstərən o iki
ekiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda yaxşılıq olmuşdur; o birisi
də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu ikilikdən anlayan adam
gərək pisi yox, yaxşını özünə seçə» və
i.a.
Daha sonrakj dövrlərdə (e.ə. VII
-VI əsrlər) zərdüştilikdə xeyir allahı Hürmüzə (Ahura-Məzdaya) pərəstişə
əsaslanan məzdəilik dini-təriqəti
meydana çıxır. Xeyrin şər üzərində qəti qələbəsinə inanan və onu təbliğ edən
məzdəilik Odu Hürmüzün yerdə təzahürü hesab edir, oda sitayişi geniş yayırdı.
Zərdüştilikdən fərqli olaraq, məzdəilik ölünün dəfn edilməsinə icazə verir,
Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hölcmdar-lar arasında vasitəçi olması
ideyasına qarşı çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəılik
bütpərəstliə də yol verirdi.
Avesta
(Qanun) - Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Vendidad
(Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə
yönəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etnıə")
ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı qanunlar və Vispered
(və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı")
dua xarakterli mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda
toplanılmış dini mərasimləri əks etdirən mətnlər (yaştlar - himnlər) Aveslanın
ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif vaxtlarda yaranmış,
irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu Zərdüştün lirikası
(qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası bundan
ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında daimi mübarizə
gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində yaranır. Hər
yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında
mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır
şər Allahı Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox
olacaq. Bununla belə, Avesta politeist və monoteist müddəalardan da xalis
deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və
ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli güclüdür.
Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövlət dini e'lan
edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş,
Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatm
yeganə yaradıcısı, vahid Allah sayılmışdır.
Avestadakı birinci yaşt (Himn)
Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. Burada Hörmüzə alqış, Əhrimənə nifrət
bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana
çəkilərək and içmə formasında
deyilir: "Xeyirxah fıkirlə, xeyirxah sözlə və xeyirxah əməllə xeyirxah
fikri, xeyirxah sözü və xeyirxah əməli tə'rif edirəm. Bütün xeyirxah fikrə,
xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd
əməldən əl çəkirəm".
Himndə daha sonra deyilir:
"Həqiqət ən yaxşı xeyirxahlıqdır".Avestada başqa himnlər də mə'nəvi
paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, məcusilikdə
bütün söhbət işığın qaranlığa çulğalaşması səbəbini və işığm qaranlıqdan
xilasolma səbəbini izah etmək qaydaları ətrafında gedir, çünki bir-birinə zidd
iki əsas - işıq ilə qaranlıq dünyadakı mövcud şeylərin mənbəyidir.Din və
fəlsəfə tarixçisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər o
ikisinin (işiq və qaranlığın) qatılığından hasil olmuş, surətlər müxtəlif
tərkiblərdən meydana çıxmışdır. Xeyir və şər, mürvət və əskiklik, paklık və
xəbislik işıq və qaranlığın qatılığından törənmişdir. Onlar qarışmasaydı aləm
mövcud olmazdı. O ikisi bir-birinə müqavimət göstərir, mübarizə edir, hətta
işıq qaranlığa, xeyir şərə qalib gəlir".
İşraqilik
fəlsəfəsinin banisi Şihabəddin Yəhya Sührəvərdi dualizmi rədd
etdiyi halda, Zərdüştün adım hörmətlə çəkmiş, işraqilik fəlsəfəsinin şərhində
ona əsaslanmışdır.
Avestadakı dini-fəlsəfi, təbii-elmi,
sosial-siyasi baxışlar o dövrün idealogiyasında yüksək səviyyəsi ilə seçilirdi.
Azərbaycanda yaradılmış Avesta İran, Orta Asiya və başqa yerlərdə də
yayılmışdır. Onun elmi və idealoji nüfuz dairəsi isə daha uzaqlara gedib çıxmışdır.
Bu, yunan elmi-fəlsəfı fikrində, xüsusən Demokritin dünyagörüşünün
formalaşmasında özünü aşkar biruzə verir. Demokrit ilə midiyalı mağlar arasında
yaxınlıq, hava, su, od və torpaq ünsürlərinin qəbulunda və şərhində aydın
nazərə çarpır.
Avesladakı bütün mə"nəviyyat üç
ifadədə yekunlaşdırılırdı: Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl.
Demokrit Zərdüştün bu üçlüyünü (triadasını) təkrarlamışdır. Avestada həqiqətən,
düzgünlük və ədalət hər şeydən üstün tutulurdu. Demokrit də bunu qəbul
etmişdir.
Hazırda zərdüştilik Iranda
kəbrlər, Hindistanda isə norslar arasında qalmaqdadır. Onların sayı 100 min
nəfərdən artıqdır.
Yorumlar
Yorum Gönder