Qədim Şərqdə fəlsəfi fikir :Misir və Babilistan
. Eramızdan əvvəl IY minilliyin sonu və III
minilliyin əvvələrində qədim Misirdə və
Babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxışlar həmin
ölkələrdə bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat,
astronomiya, triqonometriya və astrologiyaya əsaslanırdı.
Qədim misirlilər bütövlükdə
dünyaya miflərin prizmasından yanaşaraq göstərirdilər ki, səmanı ulduzlar və
onların topluları şəklində göy ilahəsinin ( nut ) gərilmiş bədəni yaratmışdır.
İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmişlər. Onların əsaslandıqları
İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı, həm də ölümü özündə
birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyunun
səviyyəsinin aşağı düşməsini, onun parçalanıb
suya atılmış bədən hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər,
bataqlıqlardır, Osirisin dirilməsi çayın yenidən daşması, yeni həyatın
başlanğıcıdır.
Qədim misirlilər ruhun
ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh bədən tam saxlandığı
təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də həmin fikirdən irəli gəlmişdi.
Lakin qədim Misirdə «Arfist nəğməsi» adlı əsərdə dünyanın dini-mifoloji şərhinə şübhə
ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət gətirə
bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş
verdiyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç
biri hələ oradan geri qayıtmamışdır. Ona görə də neçə ki insan sağdır öz
ürəyinin arzuları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat
həyatının, xüsusilə əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat,
astronomiya, həndəsə, mexanika elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi,
ayın 30 gün, ilin365 gün və 12 aydan ibarət olmasını göstərən ilk təqvim mövcud
idi. Qədim Misirdə riyaziyyatın inkişafına dair çoxlu sənədlər indi də
saxlanmaqdadır, mexanikanın inkişafını isə
hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı sübut
edir.
Qədim sivilizasiya həmçinin
Şumer-akkad mədəniyyətini əhatə edir. Şumer-akkad mədəniyyəti bizim e.ə. IY
minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən ərazidə yaranmışdır. Elə
buna görə də ona İkiçayarası (yunanca Mesopotamiya) deyilir. Bizim e.ə. III
minillikdən sonra şumerləri, akkadları, əmmariləri, elariləri və digər xalqları
birləşdirən Qədim Babilistan səltənəti yarandı. Babilistan bu dövlətin paytaxtı
e'lan edildi. Hammurapinin hökmranlığı dövründə (b.e.ə.1792-1750) bu dövlət
özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın ikinci çiçəklənmə dövrü
Aassurinin hakimiyyətə gəldiyi dövrə (b.e.ə.612-538) təsadüf edir. Bu zaman
onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə
Yeni Babilistan adlanır.
Qədim Babilistanda elm daha çox inkişaf
etmişdir. Bunu bizim dövrümüzədək gəlib çıxmış çoxlu gil lövhələr də sübut
edir. Assuriya sultanı Aşşurbanipala məxsus kitabxanada 30 min belə lövhə
saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə lövhələrdə vurma cədvəli,
kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin çıxarılması əks
olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, sonralar «Pifoqor
teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı onluq sistemini
yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 1saat=60dəq.,
1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin öyrənmək cəhdi
Babilistanda astronomiyanın yaranmasına və inkişafına səbəb oldu. Dünyada
birinci olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan
astronomu Selevveka b.e.ə.II əsr dünyanın Heleosentrik quruluşu haqqında
mə'lumat vermişdir. Qədim Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil
həkimləri hələ o dövrdə katarakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin,
sınığın, dəri şişinin müalicəsini bilirdilər. Onlar həmçinin ciyar,
mədə-bağırsaq xəstəliklərini müəyyən etmişlər. Şumer həkimlərinin təbabətə aid
bir sıra vəsait və göstərişləri mə'lumdur. «Nippur həkiminin arayış
kitabçası''nda 15 müalicə qaydası
verilmişdir. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək kəlib
çıxmışdır. Şumer və akkad
dillərindә bir sıra hүquq qaydaları (Hammurapi qanunları, Assur
qanunları, јeni babil natamam qanunları) külliyyatı yaradılmışdır.
Şumer dastan və hekayələrində
bir sıra fikirlərə rast kəlmək olar. Bu əsərlərdə siyasət, cəmiyyət, əxlaq
normaları və s. haqqında fikirlər söylənilir. Məsələn, «Enmerka və Aratta (o
zaman Çənubi Azərbaycan ərazisində gölünün yaxınlığındakı dövlətdir) hökmdarı» dastanında tarixdə
ilk dəfə olaraq siyasi konsensus təklifi verilir: yəni 1 Uruk sülaləsindən olan hökmdar Arattanı özünə tabe etmәk tələbinə qarşı Aratta
hökmdarı münaqişəni sülh yolu ilə həll etmək təklifini verir və bu
Aratt hökmüdarının hazırcavablığı və dönməzliyi nəticəsində baş tutur. Başqa bir hekayətdə "Müdrik
Axikar haqqında" etik normalara aid yüzdәn çox nəsihət verilir. Məsələn,
"Sirr açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün".
"Həddindən artıq şirin olma, yoxsa sәni udarlar. Həddindən artıq acı da
olma, yoxsa səni atarlar". "Sakit danış, sәsini ucaldıb
səs-küylə danışma. Әgər səs-küylə ev tikmək mümkün olsaydı, onda
eşşək gündə ev tikərdi. Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna
minə bilər" və s.
Nippurlu yoxsulun
nağılında isə cәmiyyətin
sosial quruluşundan, onun təbəqələşməsi nəticəsində varlı
və yoxsulların əmələ gəlməsindən söz açılır.
"Ağanın
qul ilə söhbəti" hekayəsində isə əsas söhbət insan həyatının mənası
ətrafında gedir. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə
həјatın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey hökmdarın səxavətinə
ümid dә, qadına məhəbbət də, kef
məclisi də, alıcənablıqda və nəhayət ölümdən
sonra həyat özü də boş, mənasız bir şeydir.
Qədim Şərqin incilərindən sayılan və dünјa
qızıl fonduna daxil olan "Bilqamis haqqında dastan" və јaxud hər şeyi
bilәn adamın dastanı Yaxın Şәrqin dörd dilindә: yəni şumer, akkad, hurrit və
het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində yazılmış və dövrümüzə
qədər gәlib çatmışdır. Bir sıra mənbələrə görə dastanın qəhrəmanı
Bilqamıs tarixi şəxsiyyət olmuş və eramızdan əvvəl 27-ci əsrin sonu, 26-cı
əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edәn sülalənin beşinci
hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlikdən
gedir. Hər cür mübarizələrdən sonra Bilqamısa aydın olur ki, əbədi həyat
yoxdur. Ölməzliyə insan yalnız öz fəaliyyəti, əməlləri ilə çata bilər.
Ümumiyyətlə, belə bir nәticəyə gəlmək olar ki, dastanda ölüm və həyјat mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan
özünün ölümə məhkumluğunu, allahların və dünyanın ədiliyəbini dərk edir.
Yorumlar
Yorum Gönder