Mülki Müdafiə haqqında anlayış.

 Mülki Müdafiə- (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqinda elmdir . O, təhlükəli və zərərli  amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühavizəsinin  metod və vasitələrini, yollarını zərərli  va tahlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı , sülh va müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.Bununla belə qeyd etmək lazımdır ki, sülh dövründə MM-in rolu təbii fəlakətlərin , böyük  istehsalat qəzalarının  nəticələrilə mübarizədə xeyli artmışdır.
Böyük maddi itkilər va insan tələfatına səbəb olan (AES-da, dəmir yolunda ,güclü təsirli zəhərli  maddələrdən istifadə olunan müəssələrdə baş verən qəzalar va tez-tez baş verən təbii fəlakətlər va s.)fövqəladə hadisələr göstərir ki, indi mövcud olan  şəraitdə  insanları va onların yaşadığı mühiti fövqəladə hallarda mühavizə etmək üçün insanları psixoloji,mənəvi cəhətdən hazırlamaq  lazımdır. Xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təstiq edilməsi barədə 73 saylı fərmanı, 30 dekabr  1997-ci ildə «Mülki Müdafiə haqqında»  Azərbaycan  Respublikası  qanununu  (N420-1Q)  və 1998-ci il aprelin 18-də «Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700   saylı fərmanı imzalanmışdır. ( Bu qanun 21 maddədən ibarətdir ).  Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcədə məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi –– sülh  və ya müharibə  dövrlirində əhalini (A.R.vətəndaşlarının, A.R. ərazisində olan əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət, təsərüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşlarının iştiraki ilə həyata  keçirilən sosial və müdafiə tədbirləri sistemidir..
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya  bütün  idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində  mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
1.      fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi ;
2.      sülh və müharibə dövrlərində insanların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi ;
3.      fövğəladə halların nətijələri aradan qaldırılarkən xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi ;
4.      mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
5.      sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştrak etməkdir.
Qanuna və Əsasnaməyə   müvafiq olaraq Azərbaycan Respublikasında MM işinə ümumi  rəhbərliyi Az. Respublikasının Prezidenti həyata keçirir.
16.12.2005-ci ildə Az. Respublikasının Prezidenti FH Nazirliyinin yaranması barədə fərman imzalamışdır.
Az. Resp-nın MM respublikanın fövqəladə hallar naziri bilavasitə rəhbərlik edir.
Yerlərdə mülki müdafiyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
A)     Naxçıvan Muxtar Respublikasında – Muxtar Respublikanın FH Naziri;
B)      Şəhərlərdə , rayonlarda, kənd və qəsəbələrdə – müvafiq ijra hakimiyyəti başçıları və onların nümayəndələri;
C)      Təsərrüfat birliklərdə və- onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu, onların vəzifə borjuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.

Yorumlar

Popüler Yayınlar