Qədim Şərqdə fəlsəfi fikir :Hindistan və Çin
E.a.
I miniiliyin VI-V əsrlərindən Hindistanda fəlsəfə artıq sisiemləşdirilmiş
şəkildə, müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi
anlayışlar: varliq, materiya,
insan, həyat, kainat və s. haqqında əsasən dini-mifoloji, idealist səciyyə
daşıyan fəlsəfi baxışlar, materialıst fəlsəfi sezmələr meydana çıxmışdı. Qədim
hind fəlsəfi fikri hakim brahmanizm dini
təlimi və ona müxalif şəkildə formalaşmış «Vedlər»də
(«ved» - «bilik» deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə
oxunan dini himnlərin və mahnıların məcmusu idi. «Vedlər» əsasən dini səciyyə
daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və s. ümumiləşmiş fəlsəfi
ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan «vedlər»in sonuncu
hissəsini upanişadlar təşkil
edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında oturanlar»
deməkdir. Ğörünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas
biliciləri və təbliğatçıları
yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab olunurdular.
Lakin qəbilə münasibətlərinin dağılması,
quldarlığın formalaşması ilə əlaqədar «Vedlərin» təlimlərinə, brahman
kahinlərinin ayin və rıtuallarına, inamlarına etiraz edənlər də meydana
gəlirdi. Bunların sırasında brahmanizmə tənqidi yanaşan şramanları, acivikləri (naturalist-fəlsəfi təlim), çaynizm və buddizmi qeyd etmək olar.
Bu tənqidi dini-fəlsəfi cərəyanlar əsasında qədım dövr hind fəlsəfi sistemi
olan sutrılar meydana çıxmışdi.
Sutrılar - fəlsəfi
fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində ifadəsı
idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - lokayat və çarvak baxışları
formalaşmışdır.
Lokayat təlimi (ehtimal
olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik axirət
ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ
edirdi.
Çarvak təliminə görə («çarvak»
- qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını verir) bütün
mövcudatın əsasında dörd ünsür - od, su,
hava, torpaq durur. Varlıq bu ünsürlərin birləşməsindən meydana çıxır,
parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı vəhdəti ideyasını
təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc
olmasıni qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər.
Çində də fəlsəfi fikrin meydana çıxması
və inkişafı, Babilistan, Misir,
Hindistan və başqa Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın
inkişafı, quldarlığa keçilməsi, əqli əməklə məşğul olan xüsusi insanların -
müdriklərin əmələ gəlməsi, astronomiya, riyaziyyat, tibb və s. elmlərin meydana
çıxması fəlsəfənin də yaranmasına imkan vermişdir. «Müxalif» mövqedən ölkəni
dolaşan müdrik kahinlər qəbilə inamlarına qarşı çıxır, «Şi tszin» («Şerlər qanunu»), «1 tszin» (Təbəddülatlar kitabı) və başqa kitab
və mənbələrdə ifadə olunmuş fəlsəfi ideyaları yayırdılar.
E.ə. VI əsrdə
iLk Çin fəlsəfi məktəbləri, Konfutsi, Lao-Tszi və b. Çin filosofları meydana çıxıb fəaliyyət göstərmişlər. O
vaxt formalaşmış konfutsiançılıq və
daosizm fəlsəfi-dini cərəyanlan da onların adı ilə bağlı olmuşdur.
Ümumiyyətlə, Şərq fəlsəfəsi bir tərəfdən fəİsəfi, digər tərəfdən dini səciyyə
daşımışdır.
Konfutsiançılıq - e.ə, VI əsrdə Konfutsi və onun
ardıcıllıqlarının adı ilə bağlı formalaşmiş dini-fəlsəfi etik cərəyanldır,
baxışlar sistemidir. Yeni eranın ərəfəsində xüsusi dinə çevrilmişdir. Əsas
mənbəyi «Söhbətlər və mühakimələr» («Lun-yuy»)
adlı kitab hesab olunur. Konfutsiançılığın meqsədi mövcud üsul - idarəni,
quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət olmuşdur. Bu cərəyana görə
cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən göndərilmiş qanun fəaliyyət
göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki davranış
normalarına, rəsmi qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi qeyd
edırdı ki, cəmiyyətə ağıllı adamlar rəhbərlik etməli, möhkəm intizam olmalı,
«hakim-hakim, tabe-tabe, ata-ata, oğul-ogul olrmalıdır». Konfutsinin
ilahiləşdirilməsi ilə bu cərəyan dinə çevrilmişdir, lakin onda mistik
elementlər, kahinlik xidməti və s. yox idi, başlıca tələb ayinlərə, ənənələrə
əməl etmək idi. Konfutsiançılığın əsas ehkanıı əcdad kultu, əcdadlara ehtiram idi.
Hər ailənin obrazlı əcdad məbədi vardı. Həmin məbəd qarşısında qurban kəsilir,
ibadət edilir, ayinlər icra olunurdu.
Daosizm – qədim Çinda əmələ gəlmiş dini-fəlsəfi cərəyandır
(e.a. lV-III əsriər), eramızın
II əsrində dinə çevrilmişdir. Bu dini-fəlsəfi təlimin əsasını qoyan Lao-Tsziyə
görə bütün mövcudatın ilkin əsası və mahiyyiəti «dao»dan («qanun» mənasındadır)
ibarətdir. Daosizmin əsas abidəsi olan «Dao-de-tezin»a görə (e.ə. IV-II əsrlər)
bütün maddi cisimlər «daonun təzahürləri» hesab olunur, Bu təlim hər şeyin
«dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini iqrar edir.
Bu, daxili, təbii «yoldur» ki, bülün əşya, cisim və insanlar onu
izləməlidirlər. Bu təlimə görə «dünyada daonun olmadığı heç bir şey yoxdur.
Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə etibarilə.
fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır. Daosizm
dini təlimində şəxsiyyətin mənəvi kamilləşməsi, pəhriz, fizikİ temrinlər
ıdeyası da mühüm yer tutur. Bununla yanaşı «zərərli ruhların» rəhmə
gətirilməsi, cadugərlik, fala baxmaq ayinləri və s.-də yayılmışdı.
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə bağlı moizm fəlsəfi təlimi də olmuşdur. E.ə. V-III
əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər yayırdılar.
Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış, 51 fəsildən ibarət olan
«Moizmin traktatı»dır. «Hikməti
sevmək», «Vəhdətə inam», «Ümumi sevgi», «Hücuma qarşı», «Xərcləməkdə qənaət
haqqında», «Göylərin iradəsi» və s. adlı fəsillərdə varlıq, insan, ailə,
davranış, idarəçilik, məntiq, qnoseologiya və i.a, məsələlərin fəlsəfi təhlili
verilmişdi. Moizm məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət,
səbəbiyyət və s. kateqoriyaların ümumi xarakteristikasını verib, onları
mənimsəməyə çalışmışlar. Onlar gerçəkliyin dərk edilməsinə hadisənin səbəbinin
müəyyən edilməsindən başlamağı, onun başqaları ilə oxşar və fərqli cəhətlərinin
müəyyən edilməsi, novləri parçalanması və s. halların manimsənilməsi kimi
baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç
qaydasını irəli sürmüşlər: «əsaslandırma», «mənbələr» və «tətbiq edilmə».
Bunlar isə naturalist materializm mövqeyindən təhlil edilirdi.
Leqizm - qədim Çində konfusiançılıq
dini-fəlsəfi cərəyanına müxalif meydana çıxmışdı (latınca «legis» - «qanun»
deməkdir). Leqizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında fəlsəfi,
etik, sosioloji təlimdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan
Çjın, Şan Yan, Xan Vey və b. olnıuşlar. Leqizmə görə cəmiyyət və dövlət
idarəçiliyi, konfusiançılıqdakı kimi mənəvi, əxlaqi təkmilləşməyə deyil,
«qanuna», intizama, siyasətə, fəlsəfi biliyə əsaslanmalıdır. Leqizmin əsas
tələbləri bunlar idi: «hökmdar - qanunun yeganə yaradıcısıdır»; «hökmdar
kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onlan
nəzərə almalıdır»; «hamı qanun qarşısında bərabər olmalıdır»; «əsas fəaliyyət
metodu mükafat və cəzadan ibarəl olmalıdır»; «nizamlı ordu dovlətin dayağıdır»
və s.
Qədim Hindıstan və Çındə varhq, insan, kainat, qanun, cəmiyyət və i.a. problemlərə dair spesifık fəlsəfi baxişlar olmuşdur. Dünyanın,
insanın, kainatın mənşəyi məsələsi mifoloji tərzdə təhlil olunurdu, dünyagörüşü
mifoloji səciyyə daşıyırdı, təbiət canhlaşdırılırdı. Məsələn, kosmosun mənşəyi
bioloji varlıqlarla analoji izah olunurdu: hindlilərə görə kainat göy və yerin
evlənməsindən əmələ gəlmişdir. Çinlilərə görə isə, dünyada «qayda-qanun
yaradan» iki ruh vardır: kışi ruhu göyü, qadın ruhu isə yeri idarə edir.
Şər haqqında çox qədimdə belə mifik
təsəvvür vardı ki, onları zərərli ruhlar, fövqəltəbii qüvvələr törədir. Lakin
sonradan şərin adi insanlar, vətəndaşların törətdiyini öz gozləri ilə görən
hindlilər, onun mənşəyi haqqında yeni əfsanəvi baxışlar yaratdılar. Bu cəhətdən
Budda haqqında əfsanə daha
simvolikdir. Əfsanəyə görə hind Şakya qəbiləsinin padşahının oğlu Qautama xoşbəxt, kədər, dərd nə
olduğunu bilmədən yaşayırdı. Lakin bir gün o, sarayın darvazasını tərk edib
insanlar arasına düşür. O, indiyədək bilmədiyi dərdli adamlarla, qocalarla,
matəm mərasimi və s. qarşılaşır. 6 il asket həyatı sürüb şərin, dərdin
səbəblərini, törədicilərini axtarır. O, maariflənmış Buddaya çevrilir. Ona aydın olur ki, həyat əzab-əziyyətdir,
dərd-ələmdir, dərdin isə səbəbləri var, həmin kədərdən xilas olmağın yolu da
vardır. Bu yol şərdən xilas olmağa can atmaqdan, ondan uzaqlaşıb budda
asketizminə keçməkdən, monaxlığa yetişməkdən ibarətdir.
Sonralar isə hindlilər varlığın,
mövcudatın əsasına «sat» adlandırdıqları «həqiqi, real varlığı», çinlilər isə «daonu» qoyur və belə yekun vururdular
ki, «dünyada bütün mövcud olanlar varlıqdan meydana gəlir, doğulur. Varlıq isə
yoxdan, heç nədən yaranmışdır».
Qədim Hind və Çin fəlsəfəsində idrak, məntiq, qnoseologiya məsələlərinə
dair, bu gün də əhəmiyyətli olan müəyyən ideyalar vardır. Həmin məsələlərdə
məntiqi idraka, rasional təfəkkür metodlarına, ümumi əqli nəticələr
hazırlanmasına üstünlük verilsə də, idrakın mənbəyi hiss üzvləri hesab
olunurdu. Hind fəlsəfəsində həqiqətin dərk edilməsinin üç metodu (vasitəsi)
qeyd edilirdi: qavrama («pratyakşa»), məntiqi nəticə («anuman» və nüfuz
(avtoritet) şahidliyi («şabda»). Sonralar bunlara iki metod da əlavə olunmuşdu:
müqayisə («pramana») və fərziyyə və ya ehtimal («mimansa»). Budda məntiqində
isə həqiqətin nisbiliyi ideyasına üstünlük verilirdi.
Qədim Şərq fəlsəfəsində insana münasibətdə ona
təbiətlə vəhdətdə, onun bir hissəsi kimi baxılırdı. Allahların
insanabənzərliyi, onların ümumi hayat yaşaması, insanın allahla
eyniləşdirilməsi ideyası güclü olmuşdur. Allahlar nəinki hər şeya qadir idilər,
həmçinin insanlar kimi qəzəblənir, sevinir, cəza verir və s. Dünya binasının
qayda-qanunları, kortəbii-xaotik inkişafın tənzimlənməsi və dini-mifoloji
tərzdə həll edilirdi. Vedlərdəki mifoloji ravayətə görə dünya binasının
tənzimlənməsi orada nizam qoyulması minbaşlı, minayaqlı, mingözlü «ilk insan»
olan «Puruşa» aid edilirdi. Rəvayətə görə Puruşun ruhu və ya əqlindən - Ay,
gözündən – Günəş, nitqindən - atəş, nəfəsindən - külək və s. əmələ gəlmişdir.
Cəmiyyətdəki insan zümrələrinin (təbəqələr, kastalar) əmələ gəlməsi də Puruşla
bağlı izah edilirdi. Ğuya onun ağzından kahinlər (brahmanlar), əllərindən
hərbçilər, belindən tacirlər, ayaqlarından kəndlilər, qullar və digər əməkçi
insanlar əmələ gəlmişlər. Dünyanın əmələ gəlməsi qədim Çin mifologiyasında eyni
cür, əfsanəvi «ilkinsan» olan Panqu ilə əlaqədar izah olunurdu. Beləliklə, bu
mifoloji fikirİərdə kosmos və insanın, təbiət və cəmiyyətin vəhdəti, onların
maddi mənşəyi ideyası, insan və kosmosun ahəngdarlığı flkri bir daha ifadə
edilmişdir.
Yorumlar
Yorum Gönder