Mülki Müdafiə sahəsində dövlətin, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxlərin vəzifələri.

Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1.dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
2.əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
3.ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4.mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
7.fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
8.əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;
9.mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
 10.dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11.əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
12.müəssisələrin və digər obyektlərin layihələşdiriliməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;
13.fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri təminatın toxunulmaz ehtiyatı ilə təmin etmək;
14.fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;
15.insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair tam və obyektiv məlumat vermək;
16.fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
17.həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
19.fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;
20.əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
21.mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:
1.mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2.fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3.fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4.fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5.ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6.mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7.baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8.mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
         Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:
1.fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
2.fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
3.fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən olunmuş qaydada iştirak etmək;
4.mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmək və ya yazılı təkliflər vermək;
5.fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
6.fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq;
 


Yorumlar

Popüler Yayınlar