Mülki müdafiə zonaları, qrupları, xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.
«Mülki Müdafiə haqqında» Azərbaycan
Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanına müvafiq olaraq
mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini
və digər amilləri nəzərə alaraq Nazirlər
Kabinetinin 25 sentyabr 1998-ci il tarixli
193 saylı qərarına əsasən respublikanın ərazisi zonalara, şəhərlər mülki
müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə
dərəcələrə bölünür.
A.R. İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında
zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələr A. R. Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
Mülki Müdafiə üzrə zonalar bu
qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 25 sentyabr
tarixli qərarı ilə təsdiq edilmiş
Qaydalara 1 nömrəli əlavə
Z O N A L A R
Bakı zonası Bakı şəhərinin
11 rayonu
Gəncə zonası Gəncə və
Naftalan şəhərləri,Ağstafa, Qazax, Tovuz,
Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl, Goranboy, Samux rayonları.
Sumqayıt zonası Sumqayıt şəhəri,
Apşeron ,Xızı rayonları
Xaçmaz zonası Xaçmaz, Dəvəçi,
Quba, Qusar, Siyəzən, rayonları.
Mingəçevir zonası
Mingəçevir şəhəri, Ağdaş,Yevlax, Ucar,
Qax , Oğuz, Zaqatala, Balakən, Şəki rayonları.
Şirvan zonası Şirvan
şəhəri, Hacıqabul, Beyləqan, İmişli, Saatlı,
Sabirabad,Salyan, Neftçala rayonları.
Naxçıvan zonası Nax.
M.R-in bütün rayonları.
Ağdam zonası Xankəndi şəhəri,
Ağdam, Ağcabədi, Bərdə, Tərtər,
.
Zərdab, Xocavənd, Xocalı, Şuşa rayonları.
Cəbrayıl zonası Cəbrayıl, Zəngilan,
Qubadlı, Laçin, Fizuli Kəlbəcər, rayonları.
Şamaxı zonası Şamaxı,
Ağsu,İsmayıllı, Qəbələ, Göyçay,Kürdəmir,
Qobustan rayonları.
Lənkəran zonası Lənkəran, Astara, Lerik,Yardımlı,Biləsuvar,
Cəlilabad , Masallı rayonları.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-cı
il 25 sentyabr
tarixli 193 nömrəli qərarı ilə təsdiq
edilmiş Qaydalara 2 nömrəli əlavə
ŞƏHƏRLƏRİN QRUPLARI
1 qrup ¬ Bakı şəhəri
2 qrup
Sumqayıt şəhəri
3 qrup Gəncə şəhəri,
Mingəçevir şəhəri ,Şirvan şəhəri, Naxçıvan şəhəri
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək
və onların icrasında üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır . Mülki müdafiə sistemində təsərrüfat
obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr)
mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Obyektdə (məktəblərdə, institutlarda) mülki müdafiənin təşkil edilməsi və
vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki
müdafiə tədbirlərinin əmr və sərənjamlarını obyektin bütün vəzifəli şəxsləri
hökmən ijra etməlidir.
Obyektlərdə mülki müdafiə – fəhlə,
qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qabaqjadan müassir qırğın vasitələrindən
mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait
yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ) görmək,
təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı
yaradılır ; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki
müdafiənin idarəetmə orqanı olub , obyektdə mülki müdafiə məsələləri üzrə
bütün əməli fəaliyyətin təşkilatçısıdır.
MM xidmət dəstələri---xüsusi təyinatlı dəstələr ,kəşfiyyat, tibbi yardım,
yanğınsöndürmə, rabitə, dozimetrik va kimyəvi nəzarət va s. sayılır.
MM-ə qüvvələri—MM-nin qoşun hissələrindən
,ştatlı qəza-xilasetmə dəstələrindən ,hərbidəşməmiş MM-ə dəstələrindən ,həmçinin
nazirliklərin,baş idarələrin va icra hakimiyyəti başçılarının tabeliyində
qalmaqla xüsusi MM-ənin vəzifələrinin yerinə
yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən ,təşkilatlardan va idarələrdən
ibarətdir.
MM qüvvələri F .hadisələrin nəticələrini aradan qaldırarkən X va DTİ yerinə yetirmək üçündur.MM qüvvələrinin
əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Fövqəladə hadisələrdən müdafiə sahəsində
əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biridir.
Hərbiləşməmiş MM-ə dəstələrinə
A.R-nın vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər , 18 yaşından 55 yaşadək
qadınlar jəlb edilirlər . 1-ci va 2-ci qrup əlillər , hamilə va 8 yaşınadək
uşağı olan qadınlar ,həmçinin 3 yaşadək uşağı olan orta va ali tibb təhsilli qadınlar dəstələrə
cəlb olunmurlar.
MM dəstələri tabeliyinə məqsədinə
görə aşağıdakı növlərə bölünür:
- Tabeliyinə görə – ərazi dəstələri
va obyekt MM dəstələrinə bölünürlər .
-Yerinə yetirdikləri vəzifələrə
görə – obyektlərdə ümumi məqsədli MM –ə
dəstələri,xidmət dəstələri(xüsusi məqsədli dəstələr ),kimyəvi təhlükəli obyektlərdə
isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələmə
ocağında xilasetmə işləri aparmaq ,təbii fəlakətlərin va istehsalat qəzalarının
nətijələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yorumlar
Yorum Gönder