Fındıq
Fındıq insan üçün enerji mənbəyidir – 100 q. fındıq ləpəsində 639 kkal enerji malikdir, həmçinin yüksək faizli zülalla da 16%dan 19%a qədər zəngindir. B qrupunun vitaminləri və E vitamini ürək, əzələ, insanın reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır. Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ sisteminə qarşı güclü profilaktik üsullardan biridir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır.
Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir. Sadəcə maraqlıdır ki, bir neçə xeyirli məhzulun əlavə edilməsi çox gözəl dadın alınmasına şərait yaradır.
Amerika və Avropada fındıq yağı böyük populyarlıqdan istifadə edirlər – onu hər evdə tapmaq mümkündür. Amerikalılar sendviçin və digər desertlərin hazırlanmasında fındıq yağından geniş istifadə edirlər.
Fındığın tərkibindəki xeyirli maddələr ürək xəstəliklərinin əmələ gələ bilmə ehtimalını azaldır, damarlara xeyirli təsir göstərir, beyin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, güc və gümrahlığı bərpa edir, mədə bağırsaq vəzlərinin fəaliyyətini yaxşılaşdırır və digər növ xəstəlikləri müalicə edir. Qənnadı məhzullarında fındıqdan hazırlanan məhzullarla yalnız sağalmaq yox, hətta tibb tərəfindən müalicəsi olmayan xəstəliklərdən də şəfa tapmaq olar. Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır.[2]
Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur. Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının şirəsi kapillyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir. İştahın artırılması üçündə istifadə olunur
Yorumlar
Yorum Gönder