Sağ və sol beyin yarımkürələri
Sol yarımkürə zədələndikdə, bədənin sağ tərəfi iflic olur, sağ tərəf zədələnmişsə, əksinə, bədənin sol tərəfi iflic olur. Kaliforniya Universitetinin professoru Robert Ornsteynin apardığı tədqiqatlar müxtəlif yarımkürələrin idarə etdiyi fəaliyyət növlərinin nə dərəcədə fərqli olmalarını bir daha işıqlandırdı.
İki beyin hissələrinin eyni olması və iki hissəyə bölünmüş bir beyindən çox, tam ahənglə işləyən iki identik beyin kimi qəbul olunması fərziyyəsindən çıxış edərək, professor Ornsteyn onun hər iki yarısının ayrılıqda hansı intellektual və fiziki fəaliyyət növlərini idarə etməsini müəyyənləşdirməyi qərara almışdır.
O, öz tələbələrinin bəzilərinin üzərinə beyin dalğalarını ölçmək üçün xüsusi ötürücü cihaz yerləşdirərək, müxtəlif əqli məsələləri həll etməyi onlardan xahiş etmişdir. Belə ki, tapşırıqlar rəqəm sırasını bütövləmək, standart məktub və ya inşa yazmaq, rəngli kubikləri düzmək, hər hansı məlumatın məntiqi təhlilini vermək, xəyal etmək kimi məsələlərdən ibarət idi. Bu hərəkətlərin yerinə yetirildiyi bütün zaman ərzində professor hər şagirdin beynindən yayılan dalğaların parametrlərini ölçürdü. Onun kəşfi qəribə və əlamətdar idi.

Sol yarımkürə aşağıdakı əqli fəaliyyət növlərini idarə edir:
— Riyaziyyat;
— Dillər;
— Məntiq;
— Təhlil;
— Yazı;
— Digər analoji fəaliyyət növləri.
— Riyaziyyat;
— Dillər;
— Məntiq;
— Təhlil;
— Yazı;
— Digər analoji fəaliyyət növləri.
Sağ beyin yarımkürəsi isə müxtəlif fəaliyyət növlərini idarə edir:
— Təxəyyül;
— Rəng qavrayışı;
— Musiqi;
— Ritm hissi;
— Xəyal etmə;
— Digər analoji fəaliyyət növləri.
— Təxəyyül;
— Rəng qavrayışı;
— Musiqi;
— Ritm hissi;
— Xəyal etmə;
— Digər analoji fəaliyyət növləri.
Həmçinin alim təyin etmişdir ki, insanlar öz beyinlərinin hansı yarımkürəsindən daha çox istifadə etməyə üstünlük verirsə, müvafiq olaraq, digər yarımkürəsini zəruri vəziyyətlərdə daha zəif işlədir. Ornsteyn daha bir faktı aşkar etmişdir: iki yarımkürədən «daha zəifi» stimulyasiya olunaraq, daha güclüsü ilə birgə işləməyə cəlb olunarkən, son nəticədə, insanın bütün qabiliyyətlərinin və fəaliyyət səmərəsinin artması qeyd olunur.
Bu artım alimin gözlədiyindən də artıq olmuşdur: o, «zəif» yarımkürəni güclü ilə birgə fəaliyyətə cəlb edərək, 1 yarımkürə + 1 yarımkürə = ikiqat yaxşılaşma düsturuna müvafiq olan nəticə əldə edəcəyini ehtimal edirdi. Lakin təcrübələrin nəticələri göstərmişdir ki, bəzən beyin standart kalkulyator kimi işləmir, yəni bir yarımkürənin fəaliyyəti o birisinə qoşulduqda effektivlik çox zaman 5-10 dəfə artır.
Ornsteynin kəşfləri oxu, yazı, hesab (yalnız sol beyin yarımkürəsi cəlb olunmuşdur) prinsipi ilə təhsil almış insanlar üçün xüsusi əhəmiyyət daşıyır. Ənənəvi olaraq, biz aktyorluq və ya musiqi istedadı olan, əlləri «qızıl» olan və ya bir qədər xəyalpərəst olan şagirdi universitetdə yeri olmayan insan hesab edirdik.
İndi isə tam aydınlığı ilə etiraf edə bilərik ki, bu, bir səhv idi, yaradıcı və ya artistik şəxsiyyət də elmi şüur tərzli insanlar kimi ağıllıdır.

Mənbə: http://kayzen.az/
Yorumlar
Yorum Gönder