İKT nədir?

İKT qısaca olaraq informasiya kommunikasiya texnologiyaları ifadəsinin baş hərflərindən ibarət bir aklonimdir. İKT dedikdə əslində informasiyanın əldə olunması, saxlanılması, təkrar istifadəsi və eyni zamanda qorunması ilə bağlı geniş texnologiyaları əhatə edən bir sahədir. Buna qısaca olaraq İT-də deyilir, yəni informasiya texnologiyaları da deyilir. İKT sahəsində istiqamətlər çoxdur. Bu istiqamətlər üzrə hər birinin özünə məxsus tələbatları, özünəməxsus çətinlikləri və maraqlı perspektivləri var.
Ən vacib istiqamətlərdən biri proqramlaşdırmadır. Proqramlaşdırmanın içindədə özünəməxsus istiqamətlər vardır. Bu istiqamətlərdən biri sistem administratorluğu, yəni sistem inzibatçısı,  bu server əməliyyat sistemləri, eləcədə client əməliyyat sistemləri nəzarətçisi üzrə istiqamətlərdir. Növbəti istiqamət şəbəkə texnologiyaları ilə bağlıdır. Bu istiqamət üzrə əsasən sisko ilə bağlı texnologiyaları geniş bilməyə ehtiyac var. Başqa istiqamətlərdən biri verilənlər bazası ilə əlaqəlidir. Verilənlər bazasının idarə olunması və proqramlaşdırılması ilə bağlı bir istiqamət var. Eyni zamanda, bunlardan başqa web ilə bağlı, web dizayn, web reklam,  poliqrafiya və s. ilə bağlı müəyyən istiqamət mövcuddur. Əsas istiqamətlər bunlardır və bunlardan başqa yerdə qalanlar xüsusi sektorların özünəməxsus  spesifik sektorlarıdır. Daha açıq desək, telefon sektorunda bilik administratoru prosessoru  ola bilər və ya  böyük şirkətlərdə audi-auditer istiqamətləri var. Əsasən bunlardır.
İKT mütəxəssisinə əslində çox geniş tərif vermək olar. Mənim fikrimcə, İKT mütəxəssisi formal təhsili olan və bu sahədə professional olaraq işləyən bir mütəxəssisdir, bir şəxsdir. Konkret bir İKT mütəxəssisi birdən çox İKT-nin istiqamətlərini bilməlidir, amma birində ixtisaslaşmalıdır.



Mənbə:http://www.eksperttv.az/

Yorumlar

Popüler Yayınlar