BAKTERİOLOJİ SİLAH

BAKTERİOLOJİ SİLAH – kütləvi qırğın silahlarının bir növüdür. Bu silah – bakterial vasitələrə və onları tətbiq etməq üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın(BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər – toksinlər təşkil edir . Xəstəlik  hava, su, həşaratlər vasitəsi ilə yayıla bilər. Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal-qaranın qırılması  halları baş verə bilər. Bunun qarşısını almaq üçün observasiya və karantin postları təyin edilir.
Observasiya – epidemiya ocağında yoluxuju xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən   təcridetmə – mahdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir. Tibb bölmələri  təcili - profilaktika və müalicə tədbirləri görür.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları xüsusi recim – karantin yaradırlar və həmin rayona gediş – gəliş qadağan edilir.

Karantin – bakterial yoluxma ocağını təcrid etmək , xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir.

Yorumlar

Popüler Yayınlar