Zəhərləyici və güclü təsirli zəhərli maddələr.

Kimyəvi silah- kütləvi qırğın silahlarından biri olub zədələyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdaklardır:
-        maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı : ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
-        geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
-        zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;
-        istehsalının nisbətən ucuz başa gəlməsi.
ZM organizmə  təsirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlılığına görə (taktiki təsnifatı) qruplara ayrılır.
Bir sıra ölkələrin cəbhəxanalarındakı müasir zəhərləyici maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq mümkündür.
ZM-in qrupları
ZM adları
Sinir iflicedici təsirli (fosforlu üzvü) ZM  
Vi-qazlar, zoman,zarin
Ümumzəhərləyici təsirli ZM
Sianid turşusu, xlorsian
Dəridə yaraçıxaran (rezorbtiv təsirli) ZM
Texniki (kükürtlü) iprit;Saf iprit;
Azotlu iprit; Lünzit
Boğucu təsirli ZM        
Fosgen, difosgen
Psixokimyəvi   təsirl  ZM
(psixotommimetrik maddələr)
Bi –zet, psilosbin, tremorin, meskain, lizerkin turşusunun törəmələri və s.
Qıcıqlandırıcı təsirli ZM
Adamsit, Sİ-ES
Göz yaşardıcı ZM
Xlorasetofenon, brombezilsianid, xlorpikrin

Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir kl , orada kimyəvi silahın(ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəticəsində buradaki ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ojağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən  və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya
a) ZM-lə bilavasitə zəhərlənən əsas zonaya,
b) ZM-in buxar və ya aerozolları yayılan zonaya aid edilir.
GTZM-dən mühafizə olunmaq üçün sənaye əlehqazlarından və xüsusi respiratorlardan istifadə olunur.

Yorumlar

Popüler Yayınlar