Antik dövr fəlsəfəsi

V əsrin ikinci yansında Yunanıstanın böyük şəhərlərinin içərisində apancı rol Afina şəhərinə məxsus idi. Afinanın iqtisadi, siyasi, mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklər, böyük uğurlar Periklin adı ilə bağlı idi. Quldarlıq demokratiyası azad vətəndaşların da polisin-dövlətin işlərində iştirak etməsinə imkan verirdi.
Belə bir şəraitdə fəlsəfənin, təbiət elmlərinin və natiqlik mədəniyyətinin inkişafı üçün geniş imkanlar yarandı, profesional müəllimlər meydana gəldi, elmin müxtəlif sahələri üzrə kadrlar hazırlanmağa başlandı. Bu zaman təbiət elmlərini yaxşı bilən müdriklər-filosoflar yetişdi. Bu müdriklərə sofistlər deyirdilər. (Sofist - yunanca "sofos" sözündən olub, mə"nası müdrik deməkdir). Onlar bütöv fəlsəfi sistem yaratmağa cəhd göstərmir, mübahisələr, müsahibələr zamanı əldə olunan biliklərə üstünlük verir, ona görə də məntiqə, natiqlik məharətinə xüsusi diqqət yetirirdilər.
Tarixən soflstlərin "yaşlı" və "cavan" nəslilərindən danışmaq olar. Onların "yaşlı nəslindən" Georgi, Protaqor və Antifontun adlarını çəkmək olar.
Georgi (e.ə. 483-373) Empedoklun tələbəsi olmuş, Eley məktəbi nümayəndələrinin, Demokritin tə"liminə xüsusi diqqət yetirmiş, relyativizm mövqələrindən çıxış etmişdir, (relyativizm - insan idrakının nisbiliyini, şərtiliyini, subyektivliyini iqrar edən fəlsəfi konsepsiyadır). Georginin relyativizmi skeptisizm ilə tamamlanır (skeptisizm obyektiv gerçəkliyin dərk edilməsi imkanlarına şübhə edən fəlsəfi konsepsiyadır). Bu konsepsiya relyativizmə yaxındır. Georgi fəlsəfi düşüncələrini izah etmək iiçün üç tezis irəli sürmüşdü: birinci, heç bir şey mövcud deyildir; ikinci, nəsə bir şey mövcuddursa da, onu dərk etmək imkan xaricindədir; üçüncü, əgər o şeyi dərk etmək mümkün olsa belə, onu başqasının nəzərinə çatdırmaq və ya izah etmək mümkün deyildir.
Georgi natiqlik mədəniyyətinə və onun nəzəriyyəsinə diqqət yetirir sözün dinləyicilərə tə"sirinə xüsusi əhəmiyyət verirdi. O, nitqi insanın ən yaxşı silahı və təkmil aləti hesab edirdi.
Sofistlərin "yaşlı" nəslinin digər nümayəndəsi Protaqor idi. Protaqor (e.ə. 481-411) Demokritin tələbəsi olmuş, onun əsərlərində sofistlərin materialist ən"ənələri öz əksini tapmışdır. Protaqor "Allahlar haqqında" traktatında yazırdı ki, "allahlar haqqında heç bir şey deyə bilmərəm. Onların mövcud olub-olmamaları haqqında qət'i fikir söyləyə bilmərəm". Deyilənlərə görə, o, allahsızlıqda günahlandırıldığına görə Afinanı tərk etməyə məcbur olmuşdur. O belə hesab edirdi ki, "insan hər şeyin ölçüsüdür".
Sofistlərin "cavan" nəslinin nümayəndələrindən Elkidam, Likafron və Polemonun adlarını çəkmək olar. Onların fəllsəfi görüşləri əksər hallarda materialist xarakter daşıyır, cəmiyyətin meydana gəlməsinə sadəlövh materializm mövqelərindən yanaşırdılar.
Bu filosoflar təbiət qanunlarını sosial-norma hesab edərək yazırdılar ki, "biz hamımız anadan bərabər doğulmuşuq".
Sokratın fəlsəfi baxışları. Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri Sokrat idi. Sokrat (e.ə. 469-399) qədim dünyada hikmətlilik təcəssümü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, o, özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam, "yalnız onu bilirəm ki, heç bir şey bilmirəm". Sokrat fəlsəfədə idealizm mövqelərindən çıxış edərək deyirdi ki, "dünyanı hər şeyə qadir, hər yerdə mövcud olan, ən böyük Allah yaratmışdır". Onun fikrincə, dünyanın əsası, onun mahiyyəti "ruhi prinsip"dən ibarətdir. Maraqlıdır ki, Sokrat heç bir əsər yazmamışdır.
       Sokrat fəlsəfəsinin əsasını insan problemi təşkil edirdi, onun mərkəzində isə insanın icmaya, cəmiyyətə, qanuna, allahlara münasibəti dururdu. Sokratın fıkrincə, fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır, bunun üçün, birinci növbədə gərək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk  insanın öz daxili dünyasını dərk etməsi deməkdir. İnsan başa düşməlidir ki, dərk olunmuş həyat, mə'nəvi sağlamlıq ən qiymətli ne"mətdir. Sokrat insana aid problemləri təbiətdə deyil, insanın özündə, onun, vicdanında, "daxili aləmində" axtarırdı. O deyirdi ki, əsl həqiqətə nail olmanın zəmanət vericəsi vicdan - "daymonion" olmalıdır (yunan dilində daymonion-ilahi qüvvə, Allah deməkdir). Sokratın "Daymonionu" Allahın insana bəxş etdiyi vicdanın səsi, sağlam ilahi fikrin təzahürü idi.
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də xeyirxahlıq və onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə, xeyirxahlıq çox yüksəl əxlaqi keyfiyyətdir. Xeyirxah insan səbrli, qeyrətli və ədalətli olur. Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola bilməz. Sokratın fikrincə, həqiqi mə"nəvi kamillik xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün xeyirli olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz xoşbəxtliyinə nail olmaqda kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-özünü dərk etmək qabiliiyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. Sokrat yaşadığı dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və ədalətsizliklərinə qarşı həmişə öz kəskin e"tirazını bildirirdi. Onu düşündürən başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə olunması məsələsi idi. Sokrat belə hesab edirdi ki, dövlətə təcrübəli, səriştəli adamlar rəhbərlik etməlidir. O, dövlət başçısını gəmi kapitanı ilə müqayisə edərək deyirdi ki, gəmini müəyyən biliyə, tecrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də o qəbildən olan adamlar idarə etməlidirlər.

        Sokrat özü aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi. Sokrat gənclərin tərbiyəsini pozmaqda, allahsızhqda, naturfəlsəfə ilə məşğul olmaqda ittiham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir. O, həbsxanada zəhər içərək özünü öldürmüşdür. 

Yorumlar

Popüler Yayınlar