Nüvə silahı və onun əhaliyə, obyektlərə təsiri.

Nüvə silahı- məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur.Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir.
Nüvə silahı ilk dəfə 1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın Xirosima və Nagasaki şəhərlərində tətbiq olunmuşdur. (26.04.1986-cı ildə Çernobol AES-nin  4-cü bloku partlayanda atmosferə 190 ton  radioaktiv maddə 145 000 km2 yayıldı.Bu partlayış1945-ci ildəkindən 500 dəfə güclü olmuşdur.586000 nəfər radioaktiv maddələrin təsirinə məruz qalıb. 30 km2 zonadan əhali köçürülüb.30 km2 ərazi ölü zona adlanir.)
Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür.Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:
1.      zərbə dalğası
2.      işıq şualanması
3.      nüfüzedeci radiasiya
4.      yerin radioaktiv zəhərlənməsi
5.      elektromaqnit impulsu.
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35% işıq şualanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i yerin radiaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur.
Zərbə dalğası - - partlayış mərkəzindən hər tərəfə çox yüksək(səsdən iti) sürətlə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki(cəbhəsindəki) izafı təzyiq(∆Pf.), dalğanın sürət təzyiqi (∆Pυ.) və izyafı təzyiqin təsir müddətidir (rt.).
İşıg şualanması- nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şualanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İsıq sualanmasının zədələyici təsiri işıq  impulsundan , yəni işıq şualarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şualanma ərzində düşən işıq enercisinin miqdarından asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şualanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materiaların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. İşıq şualanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şualanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
Nüfuzedici radiasiya – nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, qözə görünməyən γ-şualar və neytron selindən ibarətdir. N.R.-nın təsiri ondan ibarətdir ki, qamma şualar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə canlı orqanizmdə maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şua alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri  müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur.
N.R.-nın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey(Qr), rentqen(R), rad. ölçü vahidlərilə ölçülür: 1qr=100rad; 1r=0,95rad.
Udulan dozanın miqdarından asılı olaraq adamlar şua xəstəliyinə tutulurlar:
1-      yüngül dərəcəli  D=100-200rad(1-2Qr);
2-      orta dərəcəli       D=200-400rad(2-4Qr);
3-      ağır dərəcəli       D=400-600rad(4-6Qr);
4-      çox ağır dərəcəli    D –600rad(6Qr) –dən artıq.

Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir - buna yarım zəiflətmə qatı deyilir.
N.R.-dan mühafizə məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə , mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hidrogen olan maddalərdə (suda, parafində, betonda) daha çox zəifləyir.
Radioaktiv zəhərlənmə – yerdə nüvə partləyışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz – torpağı qöyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəçikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi(radioaktiv zəhərlənmə izi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə  radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar:
1-çox təhlükəli zəhərlənmə zonası;
2-təhlükəli zəhərlənmə zonası;
3-güclü zəhərlənmə zonası;
4-mülayim (zəif) zənərlənmə zonaları.
Elektromaqnit impulsu- nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava va yeraltı rabitə  (kabel xətlərində), siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir.
Nüvə zədələnmə ocağı (NZO) – o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amillərinin təsiri nətijəsində külli  miqdarda insan, heyvan və bitki tələfatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddalarlə zəhərlənsin.
Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər.
Zərbə dalğasının özündə izafı təzyiqi (∆Ρf.) 10kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır:
1.      tam dağıntı zonası  P = 50kPa
2.      güjlü dağıntı zonası  P =30 : 50kPa
3.      orta dağıntı zonası  P = 20 : 30kPa
4.      zəif dağıntı zonası  P = 10 : 20kPa. 
Neytron silahının zədələyici xüsusiyyəti.
Neytron silahı az güclü istilik-nüvə sürsatıdır. Əsas zədələyici təsiri neytronlar selinin nüfuzedici təsirindən ibarətdir. Neytron sürsatının gücü adətən 0,5 kt-dan- 2 kt-dək (2 min tonadək) olur. Adi nüvə sürsatlarında nüfuzedici radiasiyanın yaranmasına partlayış enerjisinin cəmi 5%-i sərf olunur, neytron sürsatında isə zədələyici amilin payına enerjinin 25-30%-i düşür. Nüfuzedici radiasiya və onun əsasını təşkil edən neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamların radiasiyadan zədələnməsi zərbə dalğasının və işıq şüalanmasının təsiri dairələrindən daha çoxdur. Neytron bombasının partlayışı zamanı nüfuzedici radiasiyadan mühafizə nisbətən çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın təsir dairəsi eyni güclü digər nüvə sürsatlarının təsir dairəsindən təxminən iki dəfə artıqdır.
Bu təsirə qarşı daldalanacaqların radiasiyanın zəiflətmə əmsalı 1,5-2 dəfə az olduğuna görə, neytron döyüş sürsatından qorunmaq üçün nəzərdə tutulan daldalanacaqda divar və tavanın qalınlığı adi radiasiya daldalanacağındakından 1,2-2 dəfə qalın, yəni 130-150 sm olmalıdır.

Yorumlar

Popüler Yayınlar