Antik fəlsəfənin yaranması və inkişaf xüsusiyyətləri. Sokrata qədərki fəlsəfə

Antik fələsəfə eramızdan əvvəl VII-VI əsrlərdə meydana gəlmiş,  eramızm V-VI əsriərinə qədər davam etmişdir. Bu fəlsəfə gələcək dünyagöräşünün bütim tipləri rüşeym halında mövcud olmuşdur. Qədim dovr fəlsəfəsi özünün klassik inkişaf formasına Antik ölkələr adı ilə tamnmış Yunanıstan və Roma quldar dövlətlərində çatmışdır (latın dilində «antiquus» - «qədim» deməkdir). Antik fəlsəfə o zaman mövcud olan elmi biliklər əsasında qərarlaşmışdir. Antik ölkələrdə də fəlsəfə bütün bilik sahələrini əhalə edirdi. Elmi biliklərə istinad edən fəlsəfə evvəlcə dini-mifoloji xüsusiyyətlərin tənqidi ilə, sadəlövh naturalist-materialist meylin güclənməsi ilə, həqiqətə can atması ilə səciyyələnmiş, inama əsaslanan dini-mifoloji baxışlardan fərqlənmişdi.
Antik Dövrdə həm idealist tə"limlər, həm də materialist məktəblər fəaliyyət göstərmişlər. Bu dövrün filosotları obyektiv idealizm, sadəlövh materializm və korləbii dialektika mövqelərindən çıxış etmişlər.
İlk yunan filosoflarının sələfləri əfsanəvi şair və mütəfəkkir Orfey, Homer, Hesiod, Ferikid və başqaları olmuşlar.
Antik fəlsəfənin inkişafı aşağıdakı dörd əsas mərhəbdən keçmişdir:
Birinci mərhələ Sokrata qədərki mərhələ adlanır. Bu mərhələdə Yunan fəlsəfəsinin formalaşdığı dövrdən (e.ə.VII-VI əsrlər) onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə.V-IV əsrlər) dövrü əhalə edir. Birinci mərhələdə Milet məktəbi, Heraklit, Eley məktəbi, Pifaqor, Empedokl, Anaksaqor və Yunan atomistləri fəaliyyət göstərmişlər.
İkinci mərhələ Klassik mərhələ adı ilə məşhurdur. Bu mərhələ e.ə. V əsrin yarısından başlanaraq e.ə. IV əsrə qədər davam elmişdir. Bu mərhələ, əsasən, Sokrat, Platon və Aristotelin adı ilə bağlıdır.
Üçündi mərhələ Ellinizm mərhələsi adlanır. Makedoniyalı İskəndərin (e.ə. 356-323) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq "Ellinizm" mədəniyyəti
adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlir. Özü də bunlar Platon və Aristotel fəlsəfəsinin tə"siri altında yaranırdı.
Dördüncü mərhələ fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu, Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən başlayaraq eramızm V-VI əsrlərina qədər davam etmişdir.
İlkin Antik fəlsəfənin mərkəzində dünya binası, kainat necə qurulmuşdur? Kosmosu, insanı, varlığı «öz-özünün»dən çıxış edib izah etmək mümkündürmü? İnsan dünyanı dərk edib firavan yaşaya bilərmi? və s. kimi suallara cavab vermək cəhdi antik fəlsəfədə güclü olmuşdur. Antik fəlsəfənin nümayəndələri təbiətin, kosmosun, bütövlükdə dünyanın mahiyyətini tam, vəhdət halında, bütöv şəkildə dərk etməyə çalışımışlar.
Milet məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Milet məktəbinin nümayəndiləri olan Fales, Anaksimandr, Anaksimen hər şeyin, bütöv kainatın ilkin maddi əsasını suda və havada görürdülər.
Milet məktəbinin əsasını Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslanaraq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi.
Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil. Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır, toxumdur, o da ki, mayedir;  bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər,  susuz məhv olurlar; Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar. Deməli, hər şey sudan yaranır. Fales belə hesab edirdi ki, suyun özünda inkişaf imkanları vardır. Dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində meydana gəlir. Milet məktəbinin ikinci ən böyük nümayəndəsi Anaksimandr (e.ə. 611-546) idi.
Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə ilə yanaşı təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksimandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer daimi, əbədi fırlanma hərəkətinə malikdir. İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır.
Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını təşkil konkret forması olmayan "Apeyron" adlandırılan substansiyada görür, onu əbədi, sonsuz varlıq hesab edirdi. O, Milet məktəbinin sadəlövh materialist ən"ənələrini davam etdirmiş və bə"zi dialektik fikirlər də söyləmişdir.
Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi Anaksimen (e.ə. 585-524) Falesin və Anaksimandrın tələbəsi olmuş, onların tə"limlərini əsaslandırmış və inkişaf etdirmişdir. Anaksimen Havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir.
Milet məktəbi dünyaya olan materialist baxışların inkişafında xüsusi rol oynamış və bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük tə"sir göstərmişdir.
Dünyanın maddiliyini qəbul etməklə yanaşı, gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşmaq Antik Dövrün bə"zi müdriklərinə xas olan səciyyəvi xüsusiyyət idi. Bu cəhətdən Heraklitin f əlsəfəsi diqqətə layiqdir.
       Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları. Efesli Heraklit (e.ə. 540-480) yüksək rütbəli, aristokrat ailəsində anadan olmuşdur. Heraklit tə"liminin tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, dünyanın maddiliyi ideyasını təbiətin hərəkəti və dəyişməsi fikri ilə zənginləşdirdi. Heraklitin fəlsəfi görüşləri, dünya haqqındakı fikirləri onun "Təbiət haqqında" əsərində şərh olunmuşdur. Bu kitabda bir sıra təbiət hadisələrinin, o cümlədən, ildırımın, şimşəyin çaxmasının səbəbləri izah edilir, dünyanın meydana gəlməsi və onun dialektik inkişafı haqqında diqqətəlayiq fikirlər söylənilir. Heraklit deyirdi ki, bütün mövcudatın əbədi, maddi əsası oddur. Bu od daimi hərəkətdədir. Bütün predmetlər, cisimlər oddan yaranır və "öldükdə" yenidən oda çevrilirlər. Təbiət, Kainat atəşin əbədi hərəkətinin - sönməsinin və alovlanmasının məhsuludur.
Gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşan Heraklit "Loqos" (söz, fikir, əql, qanun) haqqında tə"lim yaratmışdır. O deyirdi ki, təbiətdə hər şey "Loqos" vasitəsi ilə baş verir. Loqos əbədidir, ümumidir və zəruridir. Loqos əksliklərin mübarizəsidir. Heraklit sübut etməyə çalışırdı ki, əksliklərin mübarizəsi bütün mövcudatın, hərəkətin və inkişafin mənbəyidir. O yazırdı: "Hər şey mübarizə vasitəsi ilə, zəruratdən baş verir". Heraklit öz sələflərindən irəliyə gedərək hərəkətin mənbəyini müəyyən etdi. O, hərəkəti əksliklərin mübarizəsinin doğurduğu qanunauyğun proses kimi başa düşürdü. Bütün bunlar onu dialektikanın banilərindən biri hesab etməyə tam əsas verir. Heraklit öyrədirdi ki, "təbiət əbədi dəyişmə prosesindədir, hər şey axır, hər şey dəyişir, Kainatda hərəkətsiz heç bir şey yoxdur". Filosofun fikrincə, "eyni bir çaya iki dəfə girmək olmaz". O, təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz əksliyinə keçməsi kimi başa düşürdü. Əksliklər biri digərindən ayrılıqda mövcud olmur. Məsələn, hissə bütövsüz, düz əyrisiz, qara ağsız, soyuq istisiz, böyük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz, mövcud ola bilməz. Hər cür inkişaf əksliklərin mübarizəsi vasitəsi ilə baş verir.
Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr yürütmüşdür. Onun fikrincə, dünya dərk olunandır. Dünyanın dərk olunması hiss üzvlərinin və təfəkkürün vasitəsilə həyata keçirilir. Heraklit qeyd edirdi ki, idrak hissi qavrayışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında mə'lumat verir. O, ilrakda  təfəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -təbiət ən ümumi qanunauyğunluğu kimi insanın təfəkkür fəaliyyətilə həyata keçirilir. O yazırdı: "Təfəkkür böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir ki, həqiqəti söyləyəsən və təbiətə qulaq asaraq, onunla düzgün rəftar edəsən". Heraklitin fikrincə, idrakda əsas məqsəd "Loqosu" dərk etməkdir. Loqos obyektiv xarakterə malikdir. Bunlarla birlikdə Heraklit dialektikasının və materializminin bir sıra məhdud cəhətləri lə var idi. Onun dialektikası kortəbii, materializmi isə sadəlövh xarakter daşıyırdı.
       Eley məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Eley məktəbi. Bu məktəb e.ə.VI-V əsrlərdə fəaliyyət göstərmişdir. Onun yaranması və inkişafı Ksenofan Kolofonlu, Parmenid Eleyli və Zenon Eleylinin adı ilə bağlıdır. Eley məktəbi nümayəndələrinə görə varlıq anlayışının məzmununa üç xüsusiyyət daxildir: a) varlıq mövcuddur, vardır, qeyri-varlıq, yoxluq ısə mövcud deyildir, yoxdur; b) varlıq vahiddir, bölünməzdir, təkdir; v) varlıq dərkolunandır, qeyri-varlıq, yoxluq isə dərkolunmazdır, o zəka üçün yoxdur, çünki o, mövcud deyildir.
      Ksenofan Kolofonlunun (e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini "Kolofonun əsasları", "Eləyə çıxış" adlı əsərlərində tapmışdır. Onun tə"limi dünyanın meydana gəlməsi və inkişafı məsələlərinə həsr olunmuşdur. Bununla birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun rolunu xüsusi vurğulayırdı. Ksenofanın fikrincə, vahid Allah hər şeyi görür, hər şeyi başa düşür və hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz fıkri ilə bütün dünyanı lərzəyə gətirir. Allah dedikdə, Ksenofan səmanı nəzərdə tuturdu. O, deyirdi ki, "Allah mahiyyətcə şarabənzərdir". O, dünyanın maddiliyini qəbul edir, onun dəyişməz olduğunu sübüt etməyə çalışırdı. Dəyişmə və hərəkəti meydana gəlmə və məhv olma kimi başa düşürdü.
Ksenofan fikirlərinin materialist istiqaməti aşağıdakı tezislərdə özünü açıq-aydın göstərir: "Hər şey torpaqdan yaranır, hər şey son nəticədə torpağa çevrilir, torpağa qayıdır". O, insanın mənşəyini belə izah, edirdi: "Biz hamımız torpaqdan, sudan doğulmuşuq". Eley məktəbinin digər nümayəndəsi Farmenid idi.
Parmenid (e.ə. 540-470) Anaksimandr və Ksenofanın tələbəsi olmuşdur. Fəlsəfi baxışları ilə daha çox Ksenofana yaxmdır. Parmenid fəlsəfi düşüncülərini "Təbiət haqqında" əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında lə"lim təşkil edir. Parmenid iqrar edirdi kl, varlıq təkcədir, dünyada ondan başqası yoxdur. Varlıq olmayan şey mövcud deyildir. O, varlığın hər hansısa bir qüvvə tərəfindən yaradıldığını inkar edir və onun əbədiliyini təsdiqləyirdi. Bu onu göstərir ki, Parmenid materializmə meyl göstərirdi. O, varlıq haqqında danışanda həm, də deyirdi ki, varlıq dəyişməzdir, sükunətdədir. Parmenid varlığın hərəkət və inkişafını tamamilə inkar edərək göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı varlıqdır, varlıq məkam tamamilə doldurduğu üçün hərəkət mümkün deyildir. "Təbiət haqqında" əsərinin əvvəlində o yazırdı: "Var olan o şeydir ki, o, olmaya bilməz, yə"ni bu varlıqdır".
Parmenidin idrak haqqında tə"limi də maraqlıdır. O belə hesab edirdi ki, insanlar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, rə"y, mülahizə yaradır, lakin varlığın əsl mahiyyətini dərk edə bilmirlər. Onlar cisim və hadisələrin mahiyyətini rasional idrak vasitəsilə öyrənirlər. Parmenid yanlış olaraq idrakın bu iki pilləsini bir-birindən təcrid edirdi.
Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də Zenon (e.ə. 490-430) idi. Parmenidin görkəmli tələbəsi Zenonun fəlsəfi fikrin inkişaf tarixində rolu az olmamışdır. O, varlığın vəhdəti və bütövlüyü fıkrini qəbul edir, lakin onun dəyişkənliyi prinsipini rədd edirdi. Zenonun fikrincə, təbiətdə hər şey istidən, soyuqdan, qurudan, rütubətdən və onlann bir-birinə qarşılıqlı surətdə keçməsindən əmələ gəlir. O qeyd edirdi ki, "insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə yuxarıda göstərilən elementlərin qarışığından yaranmışdır". Zenonun fikrincə, hər şeyin başlanğıcı olan varlıq təkdir, hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak həll edilməz ziddiyyətlərə aparıb çıxarır, buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək mümkün deyil. Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı.
Bütövlükdə Eley məktəbinin nümayəndələri dünyanın maddiliyi haqqında bir sıra fikirlər irəli sürsələr də, hadisələrə antidialektik münasibət bəsləmiş, Milet məktəbinin fəlsəfi tə"limini inkişaf etdirə bilməmişlər.
Cənubi İtaliyada fəaliyyət göstərən məktəblərdən biri də Pifaqor və pifaqorçular məktəbi idi. E.ə. VI-V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsasları müxtəlif mövqelərdən həll edilırdi. Pifaqorçular bütün mövcudatın əsasına sayları qoyurdular.
Pifaqor (e.ə. 584-582-500) Anaksimandr və Anaksimenin müasiri olmuşdur. "Tərbiyə haqqqında", "İcmanın işləri haqqında", "Təbiət haqqında" əsərləri ilə məşhurdur. Pifaqorçular birinci növbədə riyaziyyat və həndəsə ilə məşğul olmuşlar. Elə buradan da onların ədədlər haqqındakı fəlsəti tə"limi meydana gəlmişdir. Pifaqorçular deyirdilər ki, bütün mövcudatın mahiyyətini mücərrəd təfəkkürün məhsulu olan ədədlərdə axtarmaq lazımdır. Onlar ədədləri şeylərdən ayırır, fövqəltəbii, mistik mahiyyətə çevirir və ilahiləşdirirdilər. Pifaqorun dəqiq ifadə olunan idealizmi onun siyasi, etik və dini baxışlarında da aydın görünürdü. O, dini və əxlaqı cəmiyyəti qaydaya salmaq üçün əsas amillər hesab edirdi. Ruhun ölməzliyi haqqında onun tə"limi insanların tamamilə allahlara tabe edilməsi prinsipi əsasında qurulmuşdur.
Pifaqorçuluq antik fəlsəfədə birinci idealist məktəb olmuşdur. O, Milet məktəbinin və Heraklitin dialektikasının əleyhinə idi. Pifaqor tə"limində idealizm fəlsəfəsi metafizik təfəkkürlə birləşmişdi.
Sokrata qədərki fəlsəfənin görkəmli nümayəndəbrindən biri də Empedokl və Anaksaqor olmuşlar. Onların hər ikisi kortəbii materializm mövqelərindən çıxış edirdilər.
Empedokl Akraqantlı (e.ə. 490-430) Siciliyada yaşamış, "Təmizlənmə" və "Təbiət haqqında" mənzum əsərlər yazmışdır. Yunan fəlsəfi fikir tarixində Empodokldan başqa filosof, şair, təbiətşünas alim, həkim, siyasi xadim və din təbliğatçisı kimi tanınmış ikinci bir şəxsiyyət tapmaq çətindir. Onun fəlsəfi tə"liminin əsasında 4 ünsür konsepsiyası dururdu. Bu ünsürlər od, hava, su və torpaqdan ibarət idi. Empodokl bu elementləri həyatda mövcud olan "bütün şeylərin kökləri" adlandırırdı.
Empedokl sadəlövh materialist idi, o , dünyanın heç bir qüvvə tərəfindən yaradılmadığını və onun məhv edilməzliyini sübut etməyə çalışırdı, dünyanın dərk edilməsini qəbul edirdi.
Empedoklun fəlsəfəsinin metafizik və mexaniki xarakterə malik olmasına baxmayaraq, burada dialektika ünsürlərinə də rast gəlirik. Dialektik fikirlər filosof tərəfindən məhəbbət və nifrətin hərəkətverici qüvvə kimi başa düşülməsində özünü daha qabarıq büruzə verirdi.
Anaksoqorun (e.ə. 500-428) fəlsəfi görüşləri Milet və Eley məktəbləri nümayəndələrinin, o cümlədən, Anaksimen və Parmenidin tə"siri altrada formalaşmışdır. Kainat hadisələrini tabii-elmi yolla izah etdiyi, dini baxışlara qarşı çıxdığı üçün Anaksaqor allahsızhqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmişdi. O, Afina quldarlıq demokratiyasının başçısı Periklin dostu və silahdaşı idi. Dostunun xahişi ilə Anaksaqoru ölüm cəzasmdan azad etdilər. Anaksaqor fəlsəfi fikirlərini "Təbiət haqqında" adlı kitabında vermişdir. Sadalövh materialist olan Anaksaqoru düşündürən əsas problem materiyanın quruluşu məsələsi idi. O belə hesab edirdi ki, dünyadakı bütün şeylərin əsasını sonsuz miqdarda mövcud olan maddi hissəciklər təşkil edir. Anaksaqor keyfiyyətcə bir-birindən fərqlənən bu hissəcikləri "şeylərin toxumu" - "qomeomeriya" adlandırırdı. Onun fikrincə, yeni ona görə meydana gəlir ki, bütün predmetlərdə şeylərin toxumu vardır. Bu toxumun tə"siri ilə predmətlərin biri digərindən ayrılır. Bütün bunlar özünü ya bir şeyin meydana gəlməsində və yaxud da onun məhv olmasında göstərir. Dünyanın maddi əsası olan şeylərin toxumunu, Anaksaqor hərəkətsiz, ətalət qüvvəsinə malik bir şey hesab edirdi. Anaksaqorun fikrincə, onları hərəkətə gətirən "nus"dur. O, "nus"u maddi şeyləri nizamlayan "mə"nəvi"-ruhi varlıq kimi başa düşürdü.
Anaksaqorun idrak nəzəriyyəsi də filosofların diqqətini cəlb etmişdi. O, hissi idrakı qəbul edir, eyni zamanda, deyirdi ki, əql, təfəkkür olmasa bizi əhatə edən mühit haqqında müdrik fikirlər söyləmək mümkün olmaz.
       Empedokl  və Anaksaqorun sadəlövh materializmi İoniya filosoflarının, eleatların metafizik materializminə nisbətən irəliyə mühüm bir addım idi. Onların materialist baxışları Levkipp və Demokritin atomizmi üçün əsas yaratdı. Bu fəlsəfəsini Levkipp və Demokrit fəlsəfəsinə keçid mərhələsi kimi qiymətləndirmək olar.
       Qədim Yunan atomistlərin fəlsəfi baxışları. Yunan fəlsəfəsinin ən böyük nailiyyətlərindən biri də Levkipp və Demokritin atomistik materializmi idi. Bu fəlsəfə özünün atomistik konsepsiyası ilə antik dövr fəlsəfəsinin ən zirvəsinə qalxdı.
        Levkipp (e.3. 500-440) Miletdə doğulub, sonra Eley şəhərinə orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Onun 2 kitabı olduğu müəyyən edilib: "Ən böyük diakosmos" və "Əql haqqında". Levkipp bu əsərlərdə gerçəkliyin əsasında atomlar və boşluq durduğunu söyləmiş və demişdir ki, "dünyada yeganə mövcud olan atomlar və boşluqdur". "Atomlar boşluqda hərəkət edirlər". Levkippin fikrincə, öz böyüklüyü, forması və düzülüşü ilə xarakterizə olunan atomlar bütün şeylərin səbəbidir. Atomların birləşməsi və ayrılması nəticəsində şeylər meydana gəlir və məhv olur. Beləliklə, Levkipp bu fikirləri ilə eleylilərin dəyişməz varlığı ilə Heraklitin daim dəyişən varlığını birləşdirdi. Levkippin tə"limi, Demokritin fəlsəfəsi ilə sıx əlaqədar idi. Bə"zi hallarda onların flkirlərini bir-birindən fərqləndirmək belə çətindir. Lakin Levkippdən fərqli olaraq, Demokrit atom haqqında tə"limini daha mükəmməl, daha ardıcıl formada şərh etmişdir. Yunan materializminin və atomistikasının ən görkəmli nümayəndəsi Demokrit (e.ə. 460-370) olmuşdur. O, Levkippin tələbəsi olmuş, Anaksaqordan da dərs almışdır. Dünyanı gəzmiş, İranda, Hindistanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. Demokritin 70-dən çox əsəri olduğu müəyyən edilmişdir. Aristotel, Siseron, Plutarx kimi görkəmli alimlər onun adını böyük hörmətlə çəkmişlər. Engels Demokriti empirik təbiətşünas və yunanlar arasında birinci ensiklopedik zəka adlandırmışdır. Demokrit öz əsərlərində fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, pedaqogika, psixologiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi idarəetmə məsələlərinə də toxunmuşdur. Demokrit dünyanı atomlardan və boşluqdan ibarət olan əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Bu onu göstərir ki, Demokrit qədim dövrdə materializmin ən görkəmli nümayəndəisi olmuşdur. Onun ən böyük xidməti öz sələfi Levkipp ilə birlikdə, materiyanın atom quruluşu konsepsiyasını yaratmasından ibarət idi. Demokrit deyirdi ki, materiya boşluqda, əbədi hərəkətdə və sonsuz sayda olan atomlardır, (yunan dilində "atomos"- bölünməz deməkdir). Lakin o, atomu onun materiyanın ayrı-ayrı növləri və formaları ilə eyniləşdirirdi, belə hesab edirdi ki, atomlar bölünməzdir, dəyişməzdir və keyfiyyət cəhətdən yekcinsdir. Onlar yalnız kəmiyyətinə görə bir-birindən fərqlənirlər.
Demokritin varlıq haqqında tə"limi də filosoflarda xüsusi maraq doğurmuşdu. O, atomları varlıq adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Lakin onun da real surətdə mövcud olduğunu inkar etmirdi.
Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında bütöv bir tə"lim yaratmışdı.
Demokritin hərəkət haqqında tə"limi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə hesab edirdi ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və bunun nəticəsində onlar birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən şeylər, predmetlər meydana gəlir. Bu hərəkət əbədidir, "onun nə əvvəli var, nə axırı". Demokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, təsadüflərin bir obyektiv hadisə kimi mövcudluğunu isə inkar edirdi. Onun fikrincə, hər şey zərurətdən meydana gəlir. Demokrit hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü.
Demokrit hadisələrin səbəbiyyət əlaqəbrinə xüsusi əhəmiyyət verirdi O, təbii zərurətdən, hadisələrin səbəbiyyət asılılığından ətraflı danışır və onlara öz fəlsəfi baxışlarında xüsusi yer verirdi. O deyirdi ki, nə təbiətdə, nə də cəmiyyətdə heç bir hadisə səbəbsiz baş verə bilməz.
Demokritin cəmiyyət haqqında tə"limi də xüsusi maraq doğurur. Onun fikrincə, cəmiyyətin inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə çalışmaları ilə əlaqədardır. Demokrit yunan quldarlıq demokratiyasının tərəfdarı idi. O, polisləri (şəhər-dövlət) qədim yunan quldarlıq demokratiyasının əsas dövlət forması hesab edirdi.
Demokritin əsərlərində insanların tərbiyəsinə xüsusi diqqət vetirilir. Onun fikrincə, insan əxlaqının ən yüksək ölçüsü Vətən, xalq qarşısında borclu qalmaqdır.
Bütün bunlarla yanaşı, Demokrit quldarhq cəmiyyətini ideallaşdırır. O, qulların hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını qanunauyğun hesab edirdi. Filosof dövlətin yaxşı idarə edilməsinin zəruriliyinə xüsusi diqqət yetirirdi. O bu barədə yazırdı:"Yaxşı idarə olunan dövlət ən böyük dayaqdır. Elə dövlət hər cür tə"rifə layiqdir. Nə qədər ki, o, mövcuddur, rahatlıq və əmin-amanlıqdır. Belə dövlət məhv olarsa, onunla birlikdə hər şey məhv olar".


Yorumlar

Popüler Yayınlar